“Xəzərin canlıları ciddi təhlükədədir” - Nazir

“Xəzərin canlıları ciddi təhlükədədir” -  Nazir
Bütün Xəbərlər
14:37 21.11.2013
793

Minopsislər Xəzər Dənizində yaşayan canlılar, xüsusən də balıqlar üçün ciddi təhlükə yaradırlar.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdeyib.Nazirin sözlərinə görə, təkcə minopsislər Xəzəryanı 5 ölkənin birlikdə vurduğu ziyandan daha çox ziyan vurublar.Bununla belə, nazir vəziyyətin tədricən sabitləşəcəyini düşünür:“Bu canlılar Rusiya gəmiləri vasitəsilə əvvəlcə Qara və Azov dənizlərinə, sonra isə Xəzər dənizini gətirilir. Lakin, hesab edirəm ki, onların Xəzər dənizinə vurduğu ziyan tədricən aradan qalxacaq. Çünki, Qara və Azov dənizlərində belə bir problem çox ağır mərhələyə gəlib çatmışdı. Sonradan təbiət tədricən özünü tənzimlədi və problemin qarşısı xeyli alındı.Xəzəryanı 5 ölkəni birləşdirən Xəzər Bioresursları Komissiyası hazırda bu məsələ üzərində işləyir və eksperimentlər aparılır”.Nazir bildirib ki, ekspertlər minopsislərin düşməni olan jele xarakterli bir canlının minopsisin öhdəsindən gəlməsini yoxlayıblar. Lakin, o canlı da Xəzər dənizi üçün yaddır və minopsisləri məhv etdikdən həmin canlıları nə kimi problemlər yaradacağı məlum deyil.

OXŞAR XƏBƏRLƏR