Xidmət rəisi: “Amnistiya Aktı 3411 məhkuma tətbiq edilib”

Xidmət rəisi: “Amnistiya Aktı 3411 məhkuma tətbiq edilib”
SOSİAL
08:19 22.01.2022
261
Amnistiya Aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə Amnistiya Aktı tətbiq edilib.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

Bildirilib ki, onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılıb.
OXŞAR XƏBƏRLƏR