Xidmət rəisi: “Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”

Xidmət rəisi: “Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”
SOSİAL
15:10 16.07.2020
625
"Bu gün kütləvi şəkildə tədbirlərə qatılmaq qanun pozuntusudur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, koronavirus təhlükəsinə görə 5 nəfərdən artıq toplaşmaq qadağandır”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A. Rəhimov deyib ki, insanların vətənpərvərlik duyğusunu anlayışla qarşılayır: "Ancaq yoluxma təhlükəsini nəzərə alsaq, bu gün bu formada, kütləvi şəkildə toplaşmaq düzgün deyil”. 

OXŞAR XƏBƏRLƏR