Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha 4 nəfərin xilas edilib.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xilas edilən şəxslər – 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızıdır.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla əlaqədar Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerindədirlər.
10:40
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.
Partlayışda 5 nəfər dağıntılar altında qalıb. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilmiş, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
10.05
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü
İsmayılov Yunis Vidadi oğludur.
Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
09.45
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla bağlı ilkin məlumat yayıb.
AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Nazirlikdən bildiriblər ki, hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
09:11
Azərbaycanda binada partlayış olub.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.