Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar - VİDEO

Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar - VİDEO
SOSİAL
12:45 16.05.2023
386
Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qaynı Taleh Qurbanov tərəfindən boğularaq qətlə yetirilməsi ilə bağlı müxtəlif versiyalar səslənməyə başlayıb. Əvvəlcə qayının hadisəni qısqanclıq zəminində törətdiyi deyilsə də, mərhumun atası Asim Məlikovun mətbuata açıqlaması hadisənin digər səbəblərdən baş verməsi ehtimalını gündəmə gətirib.

AZXEBER.COM xəbər verir ki, Asim Məlikov və həyat yoldaşı Yeganə Məlikova Bizim.Media-ya şəhid xanımı olan qızlarının qarşı tərəfin mal-mülk, pul istəyinin qurbanı olduğunu deyiblər.

Asim Məlikov hüquq-mühafizə orqanlarından qızının qətlinin çox ciddi şəkildə araşdırılmasını xahiş edib. Mərhumun anası Yeganə Məlikova isə açıqlamasında Saleh şəhid olandan sonra qızının ər evində təzyiqlərə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, qızı üçün ailə yaşayış evi tikməyə başayıbmış. Qaynı Taleh hələ bir ay bundan əvvəl qızına həmin evdə çox oturmayacağını bildirib və evlərinə gələrək ona bu evdə yaşamağa imkan verməyəcəyini deyib:

"Bəlkə də, Taleh qızımı onda öldürəcəkdi, yaxınlarından kimsə gəlib buna mane olub”.

Yeganə Məlikova deyir ki, qızını yola vermədiklərinə görə Ləman məcbur olub Siyəzənə, ata evinə gəlmişdi:

"Hadisədən bir gün əvvəl qayınatası Möhübbət kişi gəlib, Ləmanı pirə aparmaq adı ilə geri aparıb və səhəri bu faciə baş verib. Qızım ata evinə qayıdanda dövlətin verdiyi 40 minə yaxın pulu da qayınatasına təhvil vermişdi”.
Hadisənin sırf mal-mülk, pul kartları üstündə baş verdiyini deyən ana iddia edir ki, qətl hadisəsi planlı şəkildə əvvəlcədən hazırlanıb. Onun sözlərinə görə, qızı beş yaşlı övladının əlindən alınmaması üçün ailəyə verdiyi etibarnaməni də ləğv etdirmişdi:

"Bu da qayınatasıgilin acığına səbəb oldu və faciə baş verdi”.

Xoşagəlməz qanlı olayla bağlı şəhid Saleh Qurbanovun anası Esmira Qurbanova ilə danışmaq cəhdləri baş tutmayıb, atası Möhübbət Qurbanov isə hadisəyə qısaca münasibət bildirib:

"Ləmanın valideynlərinin dediklərinin heç bir əsası yoxdur. Qoy hadisəni hüquq-mühafizə orqanları  araşdırsınlar”.

Şəhid atası hadisəyə ən düzgün qiyməti istintaqın verəcəyini deyərək, ailəsi barədə qarşı tərəfin söylədiklərinin həqiqətə uyğun olmadığını deyib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı