'Xocalı bütün dünyanın gözü önündə baş vermiş qətliamdır'
Bütün Xəbərlər
11:00 17.02.2013
966
Türkiyənin İqdır şəhərində Xocalı şəhidlərinin anım tədbiri keçirilib. Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Aydın Mirzəyevin də iştirakı ilə baş tutan tədbirdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Tədbir iştirakçıları abidənin qarşısına çələng qoyaraq şəhidlərin ruhunu yad ediblər. Türkiyə Təhsil və Elmi Xidmətlər şöbəsi tərəfindən təşkil edilən tədbirdə Milliyyətçi Xalq Partiyasından olan millət vəkili Yusif Halaçoğlu da qatılıb. O, çıxışı zamanı Xocalıda törədilən qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu və keçmişdə İqdırda da oxşar vəhşiliklərin törədildiyini bildirib."Xocalı bütün dünyanın gözü önündə baş vermiş qətliamdır. Burada baş verənləri videokameralar tarixin yaddaşına köçürüb. Lakin buna qarşı dünyanın laqeyd olması diqqətimizi cəlb edir",- deyə Y. Halaçoğlu sözlərini ifadə edib.