“Xocalı qətliamının ildönümü ərəfəsində XX əsrin ən ağır cinayətlərindən biri olan bu soyqırımının tanınması üçün parlamentə qanun layihəsi təqdim olunacaq”. Bunu İğdırdan seçilmiş millət vəkili Sinan Oğan Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında bildirib. Bundan başqa, Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması və Türkiyə paytaxtının mərkəzi küçələrindən birinin “Xocalı” adlandırılması təklifləri müzakirə olunacaq. S.Oğan deyib ki, Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini qəbul etməsinə etiraz əlaməti olaraq, onun təmsil etdiyi Milliyyətçi Hərəkat Partiyası Ankaradakı “Paris prospekti”nin Əlcəzair prospekti adlandırılması təklifini də parlamentə verəcək.