Xocalıda həlak olanlara şəhid statusu verilə bilər

Xocalıda həlak olanlara şəhid statusu verilə bilər
Bütün Xəbərlər
13:35 24.02.2012
1252
Millət vəkili Musa Quliyev Milli Məclisin cümə günü keçirilən iclasında Xocalıda həlak olanlara şəhid statusu verilməsi təklifi ilə çıxış edib. Trend-in məlumatına görə, o, Xocalıda həlak olanların Azərbaycanın yeni müstəqillik qazandığı illərdə dünyasını dəyişdiklərini qeyd edib. Musa Quliyev həmçinin bildirib ki, Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması üçün vahid sənəd hazırlanmalıdır. "Bu sahədə gələcək fəaliyyətimizi bir istiqamətdə aparmalıyıq", - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR