Xocalıya aid klip çəkildi - VİDEO

MƏDƏNİYYƏT
14:48 26.02.2013
4934

“Qaynana” serialının çəkiliş qrupu Xocalıya aid klip çəkib.

Serialın rejissoru Rüfət Şahbazovun verdiyi məlumata görə, onlar bu klipi Xocalıya ədalət devizi altında çəkiblər. “Əgər mən bu sahədəyəmsə, öz sahəmdə Xocalı soyqrımını tanıtmaq üçün bir şey etməliyəm. Gücüm nəyə çatsa, edəcəyəm. Xocalı soyqrımını bütün dünya tanımalıdır. Hər kəsən öz sahəsində bunu təbliğ etməlidir. İnşallah gələn ilə böyük bir layihə düşünürəm” – deyə, rejissor bildirib.

Qeyd edək ki, bu çəkiliş qrupunun faciə ilə bağlı ilk ekran işi deyil. Belə ki, yaradıcı qrup keçən il də bu mövzuda tanınmış sənətçilərin iştirakı ilə “Stop armenia” adlı klip çəkmişdi.Əli Novruzəliyev

OXŞAR XƏBƏRLƏR