Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 27-də və 28-də atəşkəsi pozub. Erməni ordusu saat 20.55-dən 21.00-dək və sentyabrın 28-də saat 06.45-dən 06.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.