Xomeneyidən Əhmədinejada şok ismarıc: “Ya tabe ol, ya da çıx get”

Xomeneyidən Əhmədinejada şok ismarıc: “Ya tabe ol, ya da çıx get”
Bütün Xəbərlər
16:40 06.05.2011
1584

 

AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, üç həftə əvvəl kəşfiyyat naziri istefaya göndərildikdən sonra ölkədə bu məsələ ətrafında mübahisələr davam edir. Mübahisələrin mərkəzində isə, Xomeyni və Əhmədinejad durur.

Onlar arasında mübahisə prezidentin kəşfiyyat nazirini işdən çıxarmasından sonra Ayətulla Xomeneyinin bu qərar qarşı çıxması ilə başlayıb.

BBC-nin xəbərinə görə, Əhmədinejad onun fərmanına qarşı çıxılmasından xoşlanmayıb və Ali Dini Lideri  "köhnə-dəbli xasiyyət" adlandırıb. Yerli mətbuatın yazdığı xəbərlərə görə, Əhmədinejad bir  həftədən artıq bir müddətdə dövlət iclaslarında iştirakından boyun qaçırıb.

Qeyd edək ki, İran Konstitusiyası Mahmud Əhmədinejadın 2013-cü il prezident seçkilərinə qatılmasını qadağan edib.

OXŞAR XƏBƏRLƏR