"Bizim də atacağımız addımlar var"
İranın dini lideri Ayətulla Əli Xomeneyi beynəlxalq təzyiqə boyun əyməyəcəklərini və nüvə proqramlarından geri çəkilməyəcəklərini bildirib.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, cümə namazında danışan Xomeneyi bildirib ki, İranı hədəfə almaq ABŞ-a ziyan vuracaq.
"Embarqo və müharibə təhdidlərinə qarşı bizim də atacağımız addımlar var" deyən Xomeneyi Amerikaya cavab verəcəklərini deyib.
İsraili xərçəngə bənzədən Xomeneyi keçmişdə "Həmas" və "Hizbullah"ı dəstəklədiklərini xatırladaraq sionist rejimlə vuruşanları dəstəkləməyə davam edəcəklərini bildirib.