Bu gün "Xəzər" televiziyasında məşhur telelayihə olan "Səni axtarıram" yenidən efirə çıxacaq.
AZXEBER.COM xəbər verir ki, müxtəlif səbəblərdən bir-birindən ayrı düşmüş insanları birləşdirən, görüşdürən proqram 1 il sonra yenidən yayımlanacaq. Hər bazar saat 22:00-da yayımlanacaq proqramı verilişin yaradıcısı və layihə rəhbəri, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı aparacaq.
Tamaşaçılar verilişin bu axşamkı ilk buraxılışında bir çox süprizlər izləyəcək. Eyni zamanda verilişə dəvət olunan ekspert və qonaqları ilə də hər zaman fərqlənən telelayihə bu dəfə də ənənəsinə sadiq qalacaq .
Qeyd edək ki, proqram 2015 -ci ildə 5 il yayımlandığı ATV kanalında fəaliyyətini dayandırıb və daha sonra ANS telekanalında yayım davam etdirilib. Burada isə MTRŞ-nın məlum qərarı ilə verilişin yayımı dayandırılıb.