Xoşqədəm ATV əməkdaşlarını mətbuat konfransından qovdu - Qalmaqal

Xoşqədəm ATV əməkdaşlarını mətbuat konfransından qovdu - Qalmaqal
Bütün Xəbərlər
13:20 14.04.2015
15780
Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb.AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, o, adıçəkilən kanalın əməkdaşlarından mətbuat konfransından getməyi xahiş edib.Xoşqədəm Hidayətqızı “Azad Azərbaycan”dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb: “Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən bu ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm. "Kimsə bunu ATV ilə Xoşqədəmin arasındakı problem kimi görməsin. Kanal mənim üçün doğmadır".Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: “Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”.Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib.Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.
OXŞAR XƏBƏRLƏR