12:29 çərşənbə, 22 Yanvar 2020
Maqazin

Xoşqədəm efirə çıxmaya bilər: "Nəfəs ala bilmirəm"

13:21, 05.12.20192909
Xoşqədəm efirə çıxmaya bilər:

Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramının layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı bu gün efirə çıxmaya bilər. Dünən səsi tutulmuş vəziyyətdə efirə çıxan jurnalistin səsi efirdən sonra təmamən batıb.

X.Hidayətqızı BAKU.WS-ə açıqlamasında, səsinin təmamilə batdığını bildirdi:

"Səsim təmamən yoxdur. Hər kəslə yazıyla danışıram. Bəlkə efirə çıxmadım. Bundan əvvəl də bir dəfə səsim tutulmuşdu. Həkim xəbərdarlıq etmişdi ki, bir də belə olarsa, səsinin açılması çox çətin olacaq. Bu da bu...

Dünən o vəzıyyətdə efirə çıxmamalıydım. Həkimə inad çıxdım, indi nəfəs belə ala bilmirəm".

XƏBƏR LENTİ