“Üç nöqtə” qəzetinin baş redaktoru, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı “Qrand” milli-ictimai mükafatı haqda öz fikirlərini bildirib: “Azərbaycan mətbuatında gördüyüm işlərə görə, ilk dəfə cənab Prezident tərəfindən mükafat almışam. Yəni, ən ali mükafatla təltif olunmuşam. Ancaq etiraf etmək istərdim ki, televiziya sahəsində fəaliyyət göstərdiyim ilk anlar “Qrand” mükafatına ehtiyac duyurdum. Xüsusilə də “Səni axtarıram” layihəsinin əməkdaşlarımızın ağır iş fəaliyyətini gördükdən sonra anladım ki, mükafata ehtiyacları var. Komandamız adından çox sevinirəm və həyacanlıyam”.Xoşqədəm xanım “Səni axtarıram” verilişi haqqında danışaraq birinci olduqlarından təəccüblənmədiyini bildirib: “Rəqabət gözəldir. Çünki rəqabət olan yerdə uğur da var. Ancaq etiraf etməliyik ki, “Səni axtarıram” verilişinə rəqib yoxdur. Çox istərdim ki, hər kəs uğur qazansın”.