AZXEBER.COM xəbər verir ki, verilişdə ekspert qismində iştirak edən xalq artisti Ağaxan Salmanlı ilə jurnalist Seymur Verdizadə söz davasına çıxıblar. Mübahisəyə səbəb xalq artistinin şikayətçi xanıma "sən qızını satmısan" sözünü deməsi olub. Buna etiraz edən jurnalist deyib ki, insanları bu cür günahlandırmaq düzgün deyil.
Jurnalistin sözündən hiddətlənən xalq artisti onu yalan yazmaqda ittiham edib: "Sənin elə yazıların da sözlərin kimidir. Mən sən olan verilişdə oturmaram"
Bundan sonra xalq artisti verilişi tərk edib. Aparıcı Xoşqədəm Hidayətqızı isə olanları çox sakit qarşılayıb.
Həmin görüntüləri təqdim edirik: