Xristianlığı qəbul edən azərbaycanlı müğənniyə tənqidlər gəldi

Xristianlığı qəbul edən azərbaycanlı müğənniyə tənqidlər gəldi
ŞOU-BİZNES
08:19 03.08.2011
1948
Hələ bir müddət öncə müğənni maddi sıxıntı keçirdiyini deyib müğənnilik fəaliyyətini genişləndirmək üçün maddi dəstək istəmişdi. 

Belə bir vəziyyət yaranarsa, Z.Yaqubovanın digər həmkarları hansı addımı atar? Müğənninin dinini dəyişməsinə həmkarlarının münasibəti necədir?
Müğənni Elza Seyidcahan həmkarının bu addımını şəxsi məsələ sayıb ona yalnız xoşbəxtlik arzulaya biləcəyini dedi: “O xanım öz şəxsi həyatını necə yaşayır, özü bilər. Hər halda, ağlı başında, yetkin adamdır. Bu seçim də öz haqqıdır. Ona xoşbəxtlik arzulamaqdan başqa nə deyim?”
Müğənni Ruhəngiz Allahverdiyeva bu məsələdən xəbərsiz olduğunu desə də həmkarının addımını təəccüblə qarşıladı: “Təbii ki, elə vəziyyətdə olsaydım, heç vaxt bu cür seçim etməz, dinimi dəyişməzdim. Amma onun seçiminə də bir söz deyə bilmərəm, hər kəs öz əqidəsinə görə Allah qarşısında cavab verəcək. Buna görə onu suçlaya və qınaya bilmərəm”.
Müğənnilər Sevda Ələkbərzadə, Səməd Səmədov və Nadir Qafarzadə sualımızı cavablandırmaq istəmədi. Tünzalə Ağayevanın köməkçisi dedi ki, müğənni oruc tutduğu üçün telefonunu bağlayıb, rayonların birində istirahətdədir.

Xatirə İslam da Azərbaycanda olmadığını deyib suala sualla cavab verdi: “Kim nə iş görüb, bunun mənə nə aidiyyəti var? Özü bilər. Mənə aid sualınız varsa, buyurun, başqalarının şəxsi işinə qarışa bilmərəm”.

OXŞAR XƏBƏRLƏR