Pasxa tarixi günəş-ay dövrəsi əsasında hesablanır.
Bu gün dünya xristianları Pasxa bayramını qeyd edirlər.
“Pasxa” – İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır.
Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi “Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Estertide və ya Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.
Pasxa tarixi günəş-ay dövrəsi əsasında hesablanır. Ay ili 30 və 29 gündən ibarət olan ayların periodik şəkildə bir-birini əvəz etməsi nəticəsində yaranır. Hər bir günəş ilində (1 yanvardan 31 dekabra kimi hesablanır) ay ayı kilsə hesablamasına əsaslanan yeni ayın doğması ilə başlayır və 29 gün (bəzən 30 gün) davam edir, beləcə, 8 martla 5 aprel arasındakı günlər həmin il üçün Pasxa ay müddəti hesab edilir.
Pasxa bayramı, Pasxa ay müddətinin üçüncü bazar günü, başqa sözlə desək, Pasxa ay müddətinin 14-cü günündən sonrakı bazar günü qeyd edilir. On dördüncü Pasxa ayı, hər nə qədər artonomikn bütöv aydan iki gün sonraya təsadüf etsə də, Pasxa bütöv ayı kimi konvensiya tərəfindən təyin edilib.[49] Yeni ayın doğması 8 Martdan 5 aprelə kimi təyin edildiyi dövrdən bəri, Pasxa bütöv ayı 21 martla 18 aprel arasına təsadüf edir.
Azərbaycanda yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd edir. Hər ölkənin bu bayramla bağlı özünəməxsus adətləri var.
Dindarlar məbəd və kilsələrə toplaşıb, dini ayinlər icra edirlər. Bakıda yaşayan pravoslavlar kilsələrdə toplaşaraq bu günü özünəməxsus tərzdə qeyd edirlər. Müxtəlif dini ayinləri icra edən pravoslavlar bayramı qeyd etmək üçün kuliç, rulet varuşka və digər məşhur pasxa şirniyyatı hazırlayır. Pasxa süfrəsinin əvəzedilməz atributları arasında boyanmış yumurta da var.
Biz bu bayram münasibəti ilə Azərbaycanda yaşayan bütün xristianları təbrik edirik, onlara uzun ömür və can sağlığı arzulayırıq!