Prezident Xalq artisti Xuraman Qasımovanı "İstiqlal" ordeni ilə təltif etdi - SƏRƏNCAM

MƏDƏNİYYƏT
15:08 05.06.2021
980
Prezident İlham Əliyev Xuraman Əkrəm qızı Qasımovanın "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, X.Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. 

Qeyd edək ki, iyunun 6-da Xalq artisti X.Qasımovanın 70 yaşı tamam olur.

OXŞAR XƏBƏRLƏR