"Xuraman Şuşalını heç kim soyundurmayıb"

"Xuraman Şuşalını heç kim soyundurmayıb"
ŞOU-BİZNES
17:05 28.12.2011
5334
Populyar teleaparıcı Nanə Ağamalıyeva rejissor Zorik Ağayevin populyar müğənni Xuraman Şuşalı haqqında səsləndirdiyi iddiaları təkzib edib.AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Nanə öz verilişində məsələyə münasibət bildirib və Z.Ağayevin guya Yeni İl çəkilişləri zamanı X.Şuşalının soyundurulduğuna dair iddialarını yalan adlandırıb.«Hamı bilsin ki, Zorikin dedikləri həqiqət deyil. O, yalan danışır. İnsanlar haqqında belə yalan danışan insan özünü necə həqiqət tərəfdarı adlandıra bilər? O, nə vaxtsa Xuramanla işləyib, indisə onların münasibətləri pozulub. Xuramanı heç kim soyundurmayıb. Efirdən sonra stilist Anar Ağakişiyev mənə zəng etdi və onların aralarında müəyyən anlaşılmazlığın yarandığını söylədi. Buna görə də Zorik özündən belə şeylər uydurub».
OXŞAR XƏBƏRLƏR