Xurmanın içindən narkotik çıxdı

Xurmanın içindən narkotik çıxdı
KRİMİNAL
12:12 14.10.2013
2438

12 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

 

 

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  AZXEBER.COM xidmətin saytına istinadla xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orxan Famil oğlu Vəliyevin yanına qisa müddətli görüşə gəlmiş anası Nigar Qəşəm qızı Vəliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman “Royal Datəs” xurma qutusunda olan 15 (on büş) ədəd xurmanın içərisinə gizlədilmiş xalis çəkisi 14,83 qram narkotik maddə “tiryək” aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR