Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi ilin yekunlarını həsr olunan görüş keçirdi –FOTOLAR

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi ilin yekunlarını həsr olunan görüş keçirdi –FOTOLAR
SOSİAL
13:11 05.01.2026
325
Yanvarın 4-də  Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri və rayon filiallarının sədrləri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı birliyin sədri Bəhruz Məmmədzadə 2025-ci il ərzində həyata keçirilən işlər  barədə hesabat  verib.

Bəhruz Məmmədzadə bildirib  ki, il ərzində qazilərin, şəhid ailələrinin və veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılıb.

Bəhruz Məmmədzadə  qeyd edib ki, ictimai birlik dövlət qurumları, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək bir sıra mühüm layihə, görüş və sosial tədbirlər həyata keçirib. Görüş iştirakçıları görülən işləri yüksək qiymətləndirib və qarşıdakı dövr üçün yeni təkliflərini səsləndiriblər.

Birliyin sədri 2025-ci ildə birliyin həyata keçirdiyi əsas tədbirlər və layihələr barədə danışaraq bildirib:

"Bu il ərzində 33 saylı Ağdam məktəbinin musiqi müəllimi və şagirdləri ilə görüş, idarə heyətinin Moldovaya səfəri və orada veteran təşkilatlarının sədrləri ilə görüşləri, həmçinin Moldovada 28 May – Respublika Günü münasibətilə bayram tədbiri keçirilməsi olduqca əhəmiyyətli işlərimizdən biridir. Bu il həmçinin təşkilatın Cəlilabad rayon filialını təsis etdik. Bundan əlavə Vətən müharibəsində iştirak etmiş 10 jurnalistin Türkiyəyə 5 günlük səfəri təşkil edildi.  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Naxçıvanda "XTQ veteranları və şəhid ailələri ilə işin gücləndirilməsi” layihəsi ugurla icra etdik. 2025-ci ilin ən önəmli tədbirlərindən biri də sözsüz ki, Millətlər Liqası öncəsi amputant futbol komandamızla görüş idi.” 

Birliyin sədri ümümilikdə 2025-ci ildə keçiriən tədbirlər barədə geniş məlumat verib:

"27 Sentyabr – Anım Günü münasibətilə Şəhidlər xiyabanını və "Qafqaz Döyüş Akademiyası”nı ziyarət etdik. Daha bir maraqlı layihəmiz olan "Vətənə hazıram” hərbi hazırlıq və vətənpərvərlik məktəbi layihəsinin açılışında iştirak etdik.  Ümumilikdə 2025-ci il təşkilatımız üçün olduqca ugurlu il oldu. Bu il Şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası, 100-dən çox şəhid və qazi övladının məktəb ləvazimatları və geyimlə təminatını həyata keçirtdik. Ölkənin ən böyük şirkətlərindən biri olan Paşa Holdinqin dəstəyi ilə ərzaq yardımı etdik. Quba rayonunda Rusiya–Ukrayna müharibəsində sağlamlığını itirmiş ukraynalı əsgərlərlə görüş isə iki savaşın iştirakçılarının səmimi bir görüşü idi. 2025-ci ildə həmçinin qürurla xidmət etdiyimiz XTQ-nin yaranmasının 26-cı ildönümünü qeyd etdik. Bu il həmçinin Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə şəhid övladları görüş təşkil etdik. Bu il həm də Gəncə şəhərində Mədəniyyət Nazirliyi ilə birgə "Zəfər övladlarının mədəniyyətdə bir günü” layihəsinin icrasını ugurla tamamladıq. Bu görüşləri təşkil etmək bizim missiyamızdır və 2026-cı ildə də bu işlərimizi davam etdirəcəyik.”– deyə Bəhruz Məmmədzadə bildirib.

Daha sonra birliyin sədri Bəhruz Məmmədzadə bildirib ki,  birlik şəhər və rayonlarda şəhid ailələrinin və qazilərin problemləri ilə yenə yaxından maraqlanır, qazilər ilə veteranların mədəni və sosial layihələrdə iştirakına xüsusi diqqət yetirir.

Tədbirdə birliyin rayon şöbələrinin rəhbərlərinin, həmçinin idarə heyətinin üzvlərinin təklifləri dinlənib, gələcəkdə görüləcək işlər barədə danışılıb.

 

 

 

 

 

 

 


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir