Yaddaşından şikayət edənlərin diqqətinə!!!

GƏNCLİK
20:23 16.02.2012
5511

Təhsildə öz sözünü deməklə bərabər yeniliklərə də imza atan “ BİLİK TƏDRİS MƏRKƏZİ “ sizlərə Yaddaş texnikasını təqdim edir .

Tədris Mərkəzinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən Yaddaş texnikası öyrənmənin asan , sürətli və uzun müddət qalıcı olaraq yaddaşda saxlanması metodlarını öyrədən bir sistemdir. Elmi tərəfdən əsaslandırsaq, bildiyimiz kimi insan beyni 2- sağ və sol yarımkürələrdən ibarətdir. Hər 2 yarımkürə bir-birini tamamlayan funksiyalara malikdirlər. Yarımkürələr arasında qalın sinir lifindən ibarət olan bir tor yerləşir. Bu tor beyinin sağ və sol yarımkürələri arasında daima məlumat mubadiləsi aparılmasını təmin edən bir körpüdür. Beyində 10 milyarddan çox beyin hüceyrələri vardır ki, qurulan yaddaş əlaqələri və zehni fəaliyyətlərin hər biri bu hüceyrələr arasında yeni əlaqələr yaradaraq, bir tor təbəqəsi, bağlar yaradır. Qurulan bağların sayı nə qədər çox olsa beyin potensialının gücü də o dərəcədə yüksək olur .

Sağ beyin yaradıcı düşüncə, xəyal gücü, ritm, musiqi, səslər, rənglər, hisslər və duyğularla, Sol beyin isə məntiqli, sistematik və analitik düşünmə, yazılar, mətnlər, rəqəmlərlə çalısan yarımkürələrdir. Beyinin bir hissəsini digərinə gorə daha yaxşı istifadə edən insanlar, digər yarımkürənin bacarıqlarına ehtiyac duyduqları zaman çətinlik çəkirlər. Buna misal göstərsək , bir qanadı qırılmış quş və ya bir ayağı olmayan insan gedəcəkləri bir yerə yetişəcəklər, ama çox çətinliklə və zaman itkisi verməklə. Surətli və effektli öyrənmənin yolu beyinin hər iki yarımkürəsini eyni anda və tarazlı olaraq istifadə etməkdən keçir.

Fotoqrafik yaddaş texnikası kurslarında keçirilən dərslərdə istifadə edilən çoxlu sayda praktiki , elektron testlər və oyunlar tələbələrdə sağ beyini inkişaf etdirir, bununla yanaşı diqqət, yaddaş gücü, yaradıcı düşüncə, xəyal qurma, qavrama, anlama, analiz etmə və s. bacarıqları inkişaf etdirir. Öyrənilən məlumatlar beyini yormadan, zorlamadan, əyləncəli bir formada yadda saxlanılır.

Kursda aldıqları bilgilərdən sadəcə hazırkı durumda deyil, həyatları boyu lazım olan sahələrdə istifadə edərək, ətrafdakıları həm təsirləndirəcək, həm də təəccübləndirəcəklər...

Fotoqrafik yaddaş texnikasının bir çox bölmələri var:

Telefon nömrələrinin yaddaşda saxlanılması

Formulların, düsturların yaddaşda saxlanılması

Mətnlərin (çoxsaylı maddə və bəndləri olan uzun bir məlumatın) yaddaşda saxlanması və s.

Riyazi hesablamaların kağız və qələmdən istifadə etmədən aparılması (çoxrəqəmli ədələrin bir birinə vurulması) və s.

Bir məqamı da qeyd edək ki, elmdə sübut olunmuşdur ki, rəqəmlərlə işləmək, beyin hüceyrələrini oyadır və inkişaf etdirir. Onlar arasında əlaqələrin yaranmasına səbəb olur.

Normalda insanlar beyin potensialının ancaq 1 % - ni istifadə edirlər . Yaddaş təhsili almış insanlar beyin gücünün ən azı 2 – 3 % -ni istifadə etmiş olurlar.

Zəif yaddaş yoxdur . Sadəcə beyin gücündən düzgün istifadə etməmək prinsipi var.

OXŞAR XƏBƏRLƏR