Yağıntılı hava davam edəcək

Yağıntılı hava davam edəcək
Bütün Xəbərlər
15:00 23.01.2015
959

Sabaha olan hava proqnozu açıqlandı.

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın gecə və səhər çiskinli, günün ikinci yarısından arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata əsasən, cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 772 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR