Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr

Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
SOSİAL
12:19 06.10.2026
171
Yağışlı havaların başlaması ilə yollarda hərəkət sürücülər üçün çətinləşir, çünki islanan asfalt və yollarda yaranan su yığıntıları avtomobili idarə etməyə təsir göstərə bilər. Belə hava şəraitində sürücülərin daha diqqətli olması və avtomobillərini yağışlı günlərə hazırlaması xüsusi əhəmiyyət daşıyır.

Belə hava şəraitində təhlükəsiz hərəkət etmək üçün nələrə diqqət yetirmək lazımdır və avtomobilin hansı hissələrini yoxlamaq vacibdir?

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, yağışlı havalarda yol qəzaları ilə bağlı hadisələr artıq var:

"Yağışlı havalarda yol qəzaları ilə bağlı hadisələr artıq var. Şənbə günü Buzovna yolunda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olmuşdu. Sürücülər təkərlərin vəziyyətinə mütləq diqqət yetirməlidirlər. Çünki təkərlərdə akvaplanlama effekti var: təkərlər suyu lazımi qaydada kənarlaşdırmadıqda avtomobil yolda idarəetməni itirə bilər. Belə havalarda sürəti azaltmaq lazımdır. Eyni zamanda şüşəsilənlərə nəzarət etmək lazımdır. Payız-qış mövsümünə hazırlaşarkən avtomobilin ümumi vəziyyətini yoxlatdırmaq yaxşı olar”. 


O qeyd edib ki, drenaj sisteminə də diqqət yetirmək lazımdır:

"Drenaj sisteminə də diqqət yetirmək lazımdır. Sürücülər çox vaxt yazdan payıza qədər bu sistemi yoxlamırlar və onun tutulduğunu yalnız güclü yağış yağanda bilirlər. Drenaj sistemi tutulanda yağış suyu kənara axa bilmir və avtomobilin salonuna, məsələn, ayaqaltına yığıla bilər. Bunlar yoxlanmalı olan əsas məqamlardır. Salonun havalandırma sistemi də düzgün işləməlidir. Filtrləri yoxlatmaq lazımdır, çünki salonda nəfəs aldığımız hava həmin filtrlərdən keçir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR