Yalan dünyanın gerçək üzü - KÖŞƏ

Yalan dünyanın gerçək üzü - KÖŞƏ
KÖŞƏ
22:44 16.11.2012
2160
Ləman SeyranHəqiqətin yalan üzü olmur, həqiqət yalan kimi ötəri deyil. Onun üstünə nə qədər böhtanlar yağırsa yağsın, həqiqət sarsılmaz qaya kimi qalır. Uçmur, dağılmır. Halbuki yerüzündə yalanla, böhtanla darmadağın olmayan heç nə yoxdur. Həqiqət anadan bütöv doğulur. Həqiqətin atası olmur. Həqiqətin yolu daşlı-kəsəkli olur. Ona doğru getdikcə sənə sənin kim olduğunu sübut edir. Ən yaxşı dəlil-sübut isə özünü axtarıb tapmaqdır. Həqiqətin güzgüsündə də özünü axtarmırsan, elə boylanan kimi özünü görürsən. Baxıb görürsən, həmin göz, həmin qaş, həmin burun... Amma artıq, həqiqətdən doğulub bu surət, anadan yox. İnsanın əsl həqiqəti – onun içidir. Onun özünün özündən də gizlətdiyi hisslərdir. Birlikdə yox, təklikdəki həqiqətidir. Çünki təkliyin özü də həqiqətdir. Həqiqət çox acı olur, çünki o bizim arzularımızdan çox-çox uzaqda dayanır. Uzaqlıqda da bir acı var axı... Bu acı da arzularımıza mane olur. Amma nə qədər mane olsa belə, xoşbəxtlikçün ən doğru yol həqiqətdir. Xoşbəxt olmaqçün yolunu düz getmək yox, əslində bunun üçün yola azuqə əvəzində həqiqət götürmək gərəkdir. Ən güclü yalanı belə ən zəif həqiqət sındırar. Ən sınıq yalana belə ən zəif həqiqət güc verə bilər. İnsanın insana qarşı, bütün insanlığın ziddinə olaraq başladığı ən böyük müharibə – yalnız həqiqətin sındıra biləcəyi yalanlardır. Bu müharibədə sülh mümkünsüzdür. Yalan bütün çirkabların açarıdır. O açar da yalan kimidir, ayaq tutur, amma yerimir. Həqiqət həm doğulmaqdır, həm də ölmək. Çünki bir doğulduqda, bir də öldükdə həqiqətdən heç yerə qaça bilmirik. Hər ikisini yaşamağa məhkumuq. Qalan hallarda da özümüzə ən yaxın olanı – özümüzü aldada-aldada yaşayırıq. Hələ başqalarını – dostu, ananı, övladı, yarı aldatmağımız bir yana... Həqiqət bizim öz dünyamızın elə bir üzüdür ki, orda həqiqətdən başqa, çox üzlər var. Hamısı da həqiqətlə yanaşı dayanan kimi ondan xeyli uzaq olmaqları və əsl simaları üzə çıxır. Sima zühur elədikcə də simadan simaya keçir. Ancaq əsl sima haqdır, haqq olandır. Nəsimi həqqə o dərəcədə səcdə etmişdi ki, həqqi özü bilmişdi, özündə görmüşdü. Çünki onun bütün həyat qayəsi haqq olub. Amma haqqı sübut etmək ona gərək deyildi, çünki haqqın var olduğunu çoxlarından qabaq dərk etmişdi. Əslində insan özü haqdan gəldiyindən Nəsimi “həqq mənəm, həqq məndədir” demişdi. Yəni əslində dünyanın ən böyük həqiqəti insanın özüdür. Nəsiminin həqiqətə inamı isə onun ən böyük səcdəsi idi. Bu səcdədən qorxanlar onun ölümünə fərman vermişdi. Ən dəhşətli bir qətlin fərmanı verilmişdi haqqa, həqiqətə qarşı. Bu fərman isə həyatda ən güclü təzadı kəşf etdi! Əslində bütün həqiqətlər elə təzaddan doğulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir