Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama

Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
İQTİSADİYYAT
23:45 11.11.2019
8854
SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir.

AZXEBER.COM bildirir ki, bunu Trend-in hazırda Bakı şəhərinin maye qazı satılan yanacaqdoldurma məntəqələrində müşahidə edilən avtomobil sıxlığı ilə əlaqədar sualını cavablandırarkən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib: "Əvvəla bunu qeyd edim ki, mayə qazı kimi bizim respublikada tanınan məhsul bəzən təbii qazla səhv salınır. Əslində təbii qaz və mayə qaz təmamilə fərqli olan məhsullardır. Maye qazına LPG-də deyilir. Bunun əsl adı mayeləşdirilmiş neft qazıdı, yəni təbii qazdan fərqli olaraq maye qazı neft emalının məhsuludur, neftdən əldə olunur, təbii qazdan əldə olunmur. Təbii qazdan əldə olunan isə satışda digər yanacaq növü var ki, onun adı CNG-dir və yaxud da sıxlaşdırılmış təbii qazвdır və bildiyiniz kimi, sıxlaşdırılmış təbii qazın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Daha əvvəl 45 qəpiyə satılırdısa bu gün də 45 qəpiyə satılır. Lakin LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaq doldurulma məntəqələrində onun qiyməti bir qədər artırılmışdır. Və bunun qiymətini SOCAR tənzimləmir. Onu da qeyd edim ki, SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansısa bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təhcizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir və xaricdən idxal etməyə başlandıqdan sonra görünür ki, məhsulun maya dəyəri də artmışdır. Bəs məhsulun xaricdən idxal olunmasına zərurət hardan yarandı? Bu da yəqinki aydın idi, artıq son aylarda biz gördük ki, maye qazı və ya LPG-nin təchizatında bir az qıtlıq yaranmağa başladı. Bu qıtlığın səbəbi bu idi ki, LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da ona olan tələbat artmışdır. Sırf tələbat artımıyla bağlı olan bu qıtlıq buradan qaynaqlanırdı ki, LPG daha çox kimya sənayesində istifadə olunur. Bu kimya sənayesinin əsas xammallarından biridir. Və həm də onun qalıq həcmləri keçmişdə yanacaq kimi də bazara çıxarılırdı. İndi isə kimya sənayesində sıçrayış, artım olduğuna görə, kimya sənayesində bu məhsula olan tələbat artmışdır və buna görə yanacaq bazarında LPG azalmağa başladı. Onu xaricdən idxal etməyə zərurət yarandı və həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artmışdır, kəskinləşmişdir. Nəticədə görünür ki, təhcizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb və hazırda onun bu məhsulu satdığı bazarda qiymət hamı üçün eynidir, həm də SOCAR yanacaq doldurma məntəqələri üçün də eynidi".

İ.Əhmədov əlavə edib ki, izim burada hər hansı bir üstünlüyümüz və yaxud da fərqli məqamımız yoxdur: "Bunu bir daha qeyd edim ki, CNG və yaxud da sıxlaşdırlmış təbii qaz hansı ki, buna alternativ olan yanacaq növü ola bilər, bir çox istehlakçılar üçün bu məhsulun satışında hər hansı bir dəyişiklik, onun qiymətində hər hansı bir dəyişiklik gözlənilmir. Həmin məhsula qıtlıq da yaranmayacaq, çünkü maye qazı və ya LPG kimi tanınan məhsulun istehsalı neft, neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Bu sadəcə evlərimizdə istifadə etdiyimiz təbii qazdır ki, həm də birbaşa borular vasitəsi ilə yanacaqdoldurma məntəqələrinə ötürülür və orada sıxlaşdırılaraq avtomobillərə vurulur. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha da təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik.

Əslində maye qazının tələbatının tənzimlənməsi bizim əlimizdə, yəni SOCAR olaraq bizim əlimizdə olmasa da, bunun qıtlığını nəzərə alaraq biz istehlakçının maksimum məmnunluğuna nail olmaq üçün öz töhfəmizidə verməyə çalışırıq və görürük ki, bu qıtlıq hələ yaranmazdan əvvəl, yəni LPG-nin satışında olan qıtlıq yaranmazdan əvvəl bizim yerli istehlakçıların böyük hissəsi artıq CNG-yə böyük maraq göstərməyə başlayıb. Sıxlaşdırılmış təbii qazın satışı ötən ildən etibarən sürətlə artmaqdadır, bu isə əsasən həmin məhsulun üstünlükləri ilə bağlıdır. Qeyd etdiyim kimi, onun qiyməti 45 qəpikdir və olduğu kimidə qalacaqdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb