Yanğında vəfat edən Fərəhin anası danışdı - VİDEO

Yanğında vəfat edən Fərəhin anası danışdı - VİDEO
Bütün Xəbərlər
19:34 22.05.2015
11554

"Günə Baxan" verilişinin aparıcısı Elgiz Əkbər xəstəxanaya gedərək, Binəqədi rayonunda yanan bina sakinlərinə baş çəkdi.

AZXEBER.COM ans-ə istinadən məlumatına görə, xəstəxanada olarkən Elgiz Əkbər bütün şöbələri gəzərək xəstələrlə tək-tək görüşüb və onların vəziyyətləri ilə tanış olub. Tüstüdən zəhərlənən bina sakinlərindən biri bildirdi ki, sağ qalmasının səbəbi 3 saat dayanmadan su içməsi olub. Evdə tək olan ev sahibi yuxudan oyananda bütün evin yandığını görüb. 3 saatdan sonra FHN-in əməkdaşı tərəfindən xilas olunub. Amma xilas olunmağına ev sahibi hələ də inana bilmir. FHN-in əməkdaşı öz paltarını sakinə geyindirərək onu son anda binadan xilas edə bilib.

Aparıcı xəstəxanada Fərəhin anası ilə də söhbət etdi. O yaxşı olduğunu, onun haqqında yayılan şayiələrin yalan olduğunu bildirdi. Qadının təəssüfləndiyi isə təbii ki, balasını itirmək oldu.

Zəhərlənən bina sakinləri onlara xəstəxanada yaxşı baxıldığını və vəziyyətlərinin normal olduğunu dedilər.

OXŞAR XƏBƏRLƏR