ABŞ-ın Arizona ştatında baş verən güclü meşə yanğınını söndürən zaman 19 yanğınsöndürən diri-diri yandı.
AZXEBER.COM Fox News-a istinadən xəbər verir ki, yanğın səbəbindən ştatın mərkəzi hissəsindəki Yarnell şəhərinin sakinləri təxliyə edilib.Yanğın bir sıra yolların bağlanmasına gətirib çıxarıb. Hazırda təqribən 200 yanğınsöndürən alovla mübarizə aparır. Onlara daha 130 nəfər əlavə olaraq yanğınsöndürən, həmçinin hadisə yerinə təyyarə və vertolyot göndəriləcəyi də gözlənilir.Yanğın bazar günü baş verib və kəskin şəkildə yayılmağa başlayıb. Təbiət hadisəsi nəticəsində ştatın paytaxtı Finiks şəhərinin təqribən 140 kilometrliyində 140 ev yanıb.