"YAP 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürəcək"
Bütün Xəbərlər
16:19 21.11.2011
1111
“Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri kimi, mənim düşüncəmə görə, 2013-cü il prezident seçkilərində həm YAP, həm də Azərbaycan seçicilərinin digər bəzi təşəbbüs qrupları cənab İlham Əliyevin namizədliyini irəli sürəcək. Məncə, o da bu təşəbbüslərə müsbət yanaşaraq, namizədliyinin irəli sürülməsinə razılıq verəcək”. Bunu APA-ya müsahibəsində Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.O, 2013-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələri barədə konkret proqnoz vermək istəmədiyini də bildirib: “Əlbəttə, siyasi gedişat göstərəcək ki, kim nəyə qadirdir. Mən buna indidən proqnoz vermək istəmirəm. Amma Azərbaycan cəmiyyətinin hələ bundan sonra da İlham Əliyevə, onun idarəçiliyinə ehtiyacı olduğunu düşünürəm. Azərbaycanın bugünkü durumu - siyasi, iqtisadi, sosial vəziyyəti belə proqnozlaşdırmağa əsas verir ki, onun namizədliyi yenidən dəstəklənəcək”.