YAP-çı deputat Elnur Məmmədlini tənqid etdi

YAP-çı deputat Elnur Məmmədlini tənqid etdi
İDMAN
18:20 31.07.2012
3625

Azərbaycan idmançılarının London Olimpiadasında bir-birinin ardınca uğursuz nəticələr göstərməsi YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovu da hövsələdən çıxarıb.

Siyavuş Novruzov cüdo üzrə Pekin Olimpiadasının qalibi Elnur Məmmədlinin Londonda uduzmasından təəssüfləndiyini bildirib. Qeyd edək ki, deputat hələ bir il əvvəl Milli Məclisdəki çıxışlarının birində bəzi idmançıları çempion olduqdan sonra yollarını azmaqda günahlandırmış, onları pul qazanan kimi kifayət qədər komfortlu həyat şəraitinə meyl etdiklərinə və idmana maraqlarının azaldığına görə sərt tənqid etmişdi.

Deputat indi də həmin fikirlərində qaldığını vurğulayıb. O bildirib ki, idmançı düşünməməlidir ki, bir dəfə qələbə çalırsa, növbəti dəfə də qalib gələ bilər, öz üzərində daim çalışmalıdır. ”İdmançı hazırlaşmalıdır və öz üzərində ciddi işləməlidir. Hər bir idmançı qarşısına məqsəd qoymalıdır ki, qalib olacaq. Bəziləri bir dəfə yer tutur, sonra komfortlu həyata alışır və idmana maraqları azalır. Bu heç də düzgün deyil. Onlar bu hərəkətlərindən çəkinməli və növbəti qələbələr üçün çalışmalıdırlar”.

Siyavuş Novruzovun sözlərinə görə, bəzi hallarda Azərbaycanda hansısa vergidən yayınan məmur özünün reklamı ilə məşğul olmaq üçün Olimpiadada yer tutan idmançılara maşın bağışlayır: ”Bununla da özünün reklamı ilə məşğul olur, ancaq həmin idmançı düşünməlidir ki, bu kimi uğurları özünün qələbəsi ilə də əldə edə bilər.

Çünki qaliblərin əməyi Milli Olimpiya Komitəsi və Prezident tərəfindən kifayət qədər qiymətləndirilir”.

İdmanın ağır sahə olduğunu deyən YAP-çı deputat deyib ki, idmançıların qələbəsi həm onların özünə, həm də dövlətə şərəf gətirir. ”Amma idmançılarımıza yanaşma tərzi də dəyişməlidir. Bizdə qələbəyə və məğlubiyyətə münasibətlər fərqlidir”.

/// modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
23:04 22.08.2026
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
22:51 22.08.2026
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
Ən çox pul xərcləyən bürclər - SİYAHI
22:37 22.08.2026
Ən çox pul xərcləyən bürclər - SİYAHI
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
22:27 22.08.2026
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
22:05 22.08.2026
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
21:56 22.08.2026
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
21:39 22.08.2026
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
21:31 22.08.2026
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
21:19 22.08.2026
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
21:14 22.08.2026
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
20:52 22.08.2026
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
Faiq Ağayevə ağır itki üz verdi
20:34 22.08.2026
Faiq Ağayevə ağır itki üz verdi
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
20:27 22.08.2026
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
20:11 22.08.2026
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
19:55 22.08.2026
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
19:45 22.08.2026
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO