YAP-çı gənclər Avropa Xalq Partiyasının prezidenti ilə görüşdü

YAP-çı gənclər Avropa Xalq Partiyasının prezidenti ilə görüşdü
Bütün Xəbərlər
17:43 20.12.2011
1722

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin “Avropa: “Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının müəllifi, Avropa Xalqları Partiyasının sədri (AXP) Vilfred Martenslə görüşü keçirilib.

AZXEBER.COM-un məlumatına görə, V. Martensi YAP-çı gənclərə YAP Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev təqdim edib. A. Hacıyev bildirib ki, V. Matrens Belçikanın çətin dövrlərində 8 dəfə bu ölkənin baş naziri olub.

Görüşdə çıxış edən Vilfred Martens müəllifi olduğu kitab barəsində geniş məlimat verib. O, qeyd edib ki, kitabda Belçika kimi mürəkkəb bir ölkəyə rəhbərlik etməyin, Avropa inteqrasiyası və Birliyi üçün mübarizə aparmağın, Avropa Xalqları Partiyasını daha güclü mərkəzçi-sağçı hərəkata çevirməyin və Avropa siyasi ailəsində lider olmağın sirlərini açır: “Kitab Avropa siyasəti və onun aparıcı ideyaları, dəyərləri və prinsiplərindən bəhs edir”.
OXŞAR XƏBƏRLƏR