YAP-çı gənclər siyasi debatlara başladı

GƏNCLİK
16:07 10.09.2015
2302
YAP Gənclər Birliyinin Baş ofisində növbəti layihənin seçim mərhələsi keçirilmişdir. 
AZXEBER.COM xəbər verir ki, “Siyasi Debat” adlı layihəyə online qeydiyyatdan keçən 360 nəfərdən 80 nəfəri müsahibəyə keçmək imkanı qazanmışdır. II mərhələyə keçmək imkanını isə YAP GB-nin Baş ofisinin əməkdaşları tərəfindən keçirlmiş, müsahibədən isə 36 nəfər gənc vəsiqə qazana bilmişdir. 
Layihəyə start 21.09.2015 tarixində veriləcək. Bu layihə, formatına və seçiminə görə digərlərindən fərqlənir. Bura da gənclər layihə müddətində dövlət rəsmiləri ilə, deputatlarla, politoloqlarla, siyasi ekspertlərlə görüşərək siyasətin incəliklərini bir başa onlardan eşidəcəklər. Hətta layihənin sonuna qalan beş gənc radioda canlı efirdə çıxış edərək fikirlərini bölüşəcəklər. 
Eyni zamanda YAP Gənclər Birliyinin əməkdaşlıq etdiyi bir neçə xarici dövlətlərin hakim partiyalarının Gənclər qollarının nümayəndələri ilə də online debatların baş tutacağı nəzərdə tutulub. 
Məqsəd isə siyasətə marağı olan gənclərin siyasi savadlarının artırılması, onların siyasi bacarıqlarının daha da təkmilləşdirlməsi istiqamətində atılmış bir addımdır. Debatları uğurla bitirmiş gənclər xüsusi diplomlar və sertifikatlarla təltif olunacaqlar. Eyni zamanda onlar xarici ölkələrdə keçirilən beynəlxalq görüşlərdə Azərbaycanı təmsil edəcəklər...

OXŞAR XƏBƏRLƏR