Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Xəzər” televiziyasının aparıcıları olan Sevil-Sevinc bacılarının bu gün efirdə Azərbaycan manatını musiqi sədaları altında cırmalarına münasibət bildirib
YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında teleaparıcıların bu hərəkətini pislədiyini söyləyib: “Bütün insanlar Azərbaycanın milli atributlarına hörmətlə yanaşmalıdır. Azərbaycan dövlətinin bayrağına, gerbinə, himninə, milli manatına, həmçinin müqəddəs kitablara, o cümlədən Qurani-Kərimə hörmətlə yanaşmaq lazımdır. Çünki bu, hər bir vətəndaşımızın borcudur. Hər bir dövlət üçün müqəddəs və toxunulmaz hesab olunan məsələlərə ehtiyatla yanaşılmalıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan manatının efirdə cırılması yolverilməzdir.