YAP Gənclər Birliyi 'Xocalıya ədalət' kampaniyası çərçivəsində e-mail aksiya keçirəcək

GƏNCLİK
16:41 20.02.2013
1343

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail aksiya keçirəcək.

AZXEBER.COM-un məlumatına görə, aksiyada partiyanın bütün rayon və şəhər təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak edəcək. Öncədən hazırlanmış ingilis dilində olan müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndəriləcək.

Müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, bu faciəni soyqırım kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib.

Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunub. Aksiyaya 21 fevral 2013-cü il tarixində saat 12:00-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisində start veriləcək. Bu aksiya fevral ayının sonuna kimi davam edəcək.

OXŞAR XƏBƏRLƏR