YAP Gənclər Birliyinin sədri Seymur Orucov cənab Prezident İlham Əliyevin təşəbbüsünə qoşulub.
AZXEBER.COM xəbər verir ki, Ölkə başçısının müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edərək, "COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstəyini nümayiş etdirib.