Bu gün Yeni Azərbaycan Partiyasını Gənclər Birliyinin bir qrup üzvü bu gün Şəhidlər xiyabanında “Şəhidlər Ölməz” adlı anım tədbiri keçiriblər.
Gün.Az xəbər verir ki, tədbirdə üzərilərinə 20 Yanvar hadisələrində şəhid olmuş şəhidlərimizin şəkillərini yapışdırmış gənclər xiyabanı ziyarət edərək, “Əbədi məşəl” abidəsi önündə maraqlı kompozisiya ilə nümayiş etdiriblər.Onlar bununla dünyaya 20 Yanvar hadisələrinə Azərbaycan gəncinin mövqeyini bəyan ediblər.Şəhidlər xiyabanında olan əməkdaşımızın verdiyi məlumata görə, bu gündən Şəhidlər xiyabanına çoxsaylı insanların ziyarət başlayıb.Dövlət qurumu orqanları, ayrı müəssislərin əməkdaşları, məktəblilər, tələbələr, sadə vətəndaşlar səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizin məzarı önünə güllər qoyur, onları yad edirlər.