YAP-ın qurultayı başladı

YAP-ın qurultayı başladı
SİYASƏT
10:20 05.03.2021
480
Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı başlayıb. 

Qurultayda partiyanın rəhbər strukturlarında dəyişiklik olunacağı gözlənilir.

09:24

Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi gözlənilir.

AZXEBER.COM-un məlumatına əsasən, partiyanın 7-ci qurultayında İdarə Heyətinin və Siyasi Şuranın tərkibin dəyişdirilməsi ilə bağlı qərarlar veriləcəyi ehtimal edilir.

Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası, Demokratik Sahibkarlar Partiyası YAP-a birləşmək barədə qərar veriblər. Bu barədə martın 4-də yerli mətbuatda həmin partiyalara istinadən məlumatlar dərc edilib.

YAP-ın qurultayında həmin partiyaların hakim partiyaya qoşulmaq qərarlarına da baxılacaq.

YAP özü isə qurultayla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
OXŞAR XƏBƏRLƏR