YAP-ın üzvlərinin sayı 600 minə çatdı

YAP-ın üzvlərinin sayı 600 minə çatdı
Bütün Xəbərlər
13:52 22.12.2012
867

Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 600 min nəfərə çatıb

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov 600 mininci üzvə partiyanın vəsiqəsini təqdim edib. Bununla bağlı YAP-ın şənbə günü keçirilən tədbirində çıxış edən Əhmədov deyib ki, partiyanın 600 mininci üvzü Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi İsmayılov Rövşən Mehman oğludur. YAP-ın 600 mininci üzvünə vəsiqənin təqdim edilməsini mühüm sayan Əhmədov bildirib ki, Azərbaycanda YAP qədər üzvü olan siyasi təşkilat olmayıb. "Bu, bütövlükdə Azərbaycanın siyasi həyatı üçün çox əlamətdardır ki, 600 mininci üzvlüyə vəsiqə gənc oğlana təqdim olunub", - Əhmədov deyib. Onun sözlərinə göə, YAP üzvlərinin 40 faizindən çoxu gənclərdir. O, yaxın vaxtlarda YAP üzvlərinin sayında gənclərin artacağını da deyib.

OXŞAR XƏBƏRLƏR