YAP müxalifətin 'Eurovision' günlərində mitinq keçirmək niyyətini pislədi
Bütün Xəbərlər
12:52 08.05.2012
1384
Əli Əhmədov: “Müxalifət təxribatçı üsullardan istifadə etmək istəyir”“Azərbaycanda müxalifətin - İctimai Palata, yaxud digər təşkilat olsun – kütləvi aksiya keçirməsi üçün hər cür imkan yaradılıb, meydan verilib və onlar bir neçə dəfə həmin meydandan istifadə edib. Eyni zamanda, o da məlum oldu ki, İctimai Palatanın digər müxalifət partiyaları ilə birləşib keçirdiyi mitinqə az adam gəlir. Yəni, Azərbaycan xalqı bugünkü müxalifətə inamını itirib, onların çağırışını qəbul etmir. Ona görə də müxalifət başqa “taktika” seçib, təxribatçı üsullardan istifadə etmək istəyir. Onlar şəhərin mitinqlərin keçirilməsi mümkün olmayan yerlərində kütləvi aksiyalar keçirmək barədə iddialar irəli sürürlər”. APA-nın xəbərinə bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.