YAP siyasi arenaya sivil mübarizə metodları gətirib?

YAP siyasi arenaya sivil mübarizə metodları gətirib?
Bütün Xəbərlər
15:33 25.09.2012
1012
YAP-ın 20 illik yubileyi münasibətilə partiyanın Nizami rayon təşkilatının ərazi təşkilatlarında tədbirlərə start verilib
Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə partiyanın Nizami rayon təşkilatının ərazi təşkilatlarında tədbirlərə start verilib.
 
"Qidromaş" QSC ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Əhməd Hümbətov söyləyib ki, YAP Ümummilli lider Heydər Əliyevin ideyalarını reallığa çevirən bir siyasi təşkilatdır. Onun sözlərinə görə, YAP bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi, dünyanın da sayılıb-seçilən partiyalarından birinə çevrilib. "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının seçimidir" - deyən təşkilatın sədr müavini Fərhad Bədirov isə vurğulayıb ki, YAP hər zaman cəmiyyətimizin iradəsinin ifadəçisi olub.
 
Tədbirdə çıxış edən digər iştirakçılar diqqətə çatdırıblar ki, 600 minə yaxın üzvü olan YAP qarşıdan gələn seçkilərdə də inamlı qələbə qazanacaq.
 
Sonda partiyaya yeni üzv qəbul edilmiş şəxslərə partiya vəsiqələri paylanıb.
 
YAP-ın yaranmasının 20 illiyi, həmçinin, "Vətən" ərazi ilk partiya təşkilatında da qeyd olunub. Təşkilatın sədri Samir Mehdiyev çıxışında YAP-ın yaranma tarixindən, onun Azərbaycanın həyatında oynadığı mühüm roldan bəhs edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına sivil mübarizə metodları gətirib. Samir Mehdiyev vurğulayıb ki, hər zaman dövlətçilik naminə əhəmiyyətli addımlar atan YAP Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid seçiminə çevrilib.
 
Tədbirdə çıxış edənlər YAP-ın qarşıdan gələn seçkilərdə inamlı qələbə qazanacağına əminliklərini ifadə ediblər.
 
Tədbirin sonunda partiya sıralarına daxil olmaq istəyənlərlə bağlı qərar qəbul edilib.
 
Qeyd edək ki, yubiley tədbirləri YAP Nizami rayon təşkilatının bütün ərazi təşkilatlarında keçirilir
OXŞAR XƏBƏRLƏR