YAP Sumqayıt Şəhər Gənclər Birliyi kimsəsiz uşaqları sevindirdi - FOTOLAR

GƏNCLİK
14:55 30.12.2012
3066

YAP Sumqayıt Şəhər Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə əqli və fiziki cəhətdən problemli uşaq ailələrinə ziyarət etmişdir.

AZXEBER.COM-un məlumatına görə, YAP Sumqayıt Şəhər Gənclər Birliyi Sumqayıt şəhər səhiyyə şöbəsi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə əqli və fiziki cəhətdən problemli usaq ailələrinə ziyarət etmiş, problemləri ilə yaxından maraqlanmiş və bayram sovqatları ilə təbrik etmişlər. 31 dekabr Azərbaycanda iki bayram – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı kimi qeyd edilir.

Bu əlamətdar bayram münasibətilə Sumqayıt YAP gəncləri həmrəy olub gözəl xeyriyyə tədbiri həyata keçirmişlər. Bu həm bizim, həm də o balaca, sevimli körpələrin ürəyincə oldu. Bu xeyriyyə aksiyasında YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov , YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov, Səhiyyə şəbəsinin GB sədrləri Gülbacı Məmmədova və Fidan Həsənova, REŞ-nin GB sədri Elvin Məmmədzadə iştirak etmişlər. Sumqayıt YAP Gənclər Birliyi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə xalqımızı təbrik edir, ölkəmizin bütövlüyü və yüksəlməsi üçün xalqımızın daim həmrəy olmasını arzu edir, 2013-ci ilin xalqımız üçün hər baxımdan uğurulu il olmasını diləyirik.

OXŞAR XƏBƏRLƏR