Yaponiya hökuməti istefaya göndərildi

Yaponiya hökuməti istefaya göndərildi
Bütün Xəbərlər
11:00 26.12.2012
747

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Belə qərar Tokioda keçirilən təcili iclasda qəbul edilib. Beləliklə, ölkədə demokratların üçillik hakimiyyəti başa çatıb, onları liberal demokratlar əvəz edəcək.

Daha sonra Yaponiya parlamentində ölkənin yeni Baş nazirinin namizədliyi üzrə səsvermə keçiriləcək. Həmin şəxs dekabrda Parlamentin Aşağı Palatasına keçirilən növbədənkənar seçkilərdə mühüm qələbə qazanmış LDP-nin lideri Sindzo Abe olacaq. İndi Esixiko Nodun partiyası müxalifətə keçəcək.

Sindzo Abe dekabrın 26-da yeni hökumətin tərkibini elan edəcək.

OXŞAR XƏBƏRLƏR