Yaponiya Okinavadakı qətllə bağlı ABŞ hərbçilərinə etiraz edib

Yaponiya Okinavadakı qətllə bağlı ABŞ hərbçilərinə etiraz edib
DÜNYA
09:40 04.10.2026
240
Yaponiya, ABŞ dəniz piyadasının şübhəli bilindiyi Okinava prefekturasında bir sakinin qətli ilə əlaqədar ABŞ Silahlı Qüvvələri komandanlığına sərt etirazını bildirib.

"Kyodo" məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi deyib.

"Bu, tamamilə hiddətləndirici və bağışlanmaz hadisədir. Dərin qəzəb hissi keçiririk", - deyə nazir bildirib.

Qeyd edək ki, Okinava polisi 39 yaşlı yerli sakinin qətlə yetirilməsi və qarət edilməsi şübhəsi ilə ABŞ Dəniz Piyadaları Korpusunun 20 yaşlı hərbçisini saxlayıb. Şübhəli hərbçi ABŞ-nin Futenma aviabazasında xidmət edir.

Qadının meyiti otel otağında aşkarlanıb. Polisə görə, müşahidə kameralarının görüntülərində qadının şübhəli şəxslə birlikdə otağa daxil olduğu qeydə alınıb. Daha sonra hərbçi otaqdan tək çıxıb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, mərhum qadının şəxsi əşyaları itib.
 
///report///
OXŞAR XƏBƏRLƏR