Yaponiya və Çin arasında Senkaku adasına görə yenidən mübahisə yaranıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Yaponiya hərbi hava qüvvələrinə məxsus qırıcılar Çinə məxsus təyyarənin Senkaku adasının üzərinə yaxınlaşmasına cavab olaraq havaya qalxıb.Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Çinə məxsus Y12 təyyarəsi Yaponiya radarlarında adadan 120 km şimalda günorta saatlarında görünüb. Müdafiə Nazirliyinin mətbuat xidməti həmçinin onu da bildirir ki, Çin təyyarəsi geri dönüb və adaların hava sərhədini pozmayıb.Xatırladaq ki, Yaponiya və Çin arasında bu ilk hadisə deyil. Keçən ilin dekabrın 13-də Çinin mübahisəli adalar üzərində hava sərhəddini pozması Yaponiya tərəfindən ciddi reaksiyaya səbəb olmuşdu. Yaponiya özünümüdafiə qüvvələri 8 F-15 qırıcısını cavab olaraq havaya qaldırmışdı.