Yaponiyada ayıların hücumları nəticəsində altı nəfər ölüb

Yaponiyada ayıların hücumları nəticəsində altı nəfər ölüb
DÜNYA
09:40 06.10.2026
213
Yaponiyada 2026-cı ilin aprelindən sentyabrın əvvəlinə qədər ayı hücumları nəticəsində altı nəfər həlak olub və təxminən 30 nəfər zərər çəkib.

Yaponiya Ətraf Mühit Nazirliyi xəbər verir ki, bu müddət ərzində ayılar yaşayış məntəqələri yaxınlığında təxminən 17,4 min dəfə müşahidə edilib. Bu, son beş ilin ən yüksək göstəricisidir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, payızda ayılarla qarşılaşma halları arta bilər, çünki heyvanlar qış yuxusundan əvvəl fəal şəkildə qida axtarırlar. Palıd qozası və meşə qoz-fındığının yaxşı məhsuluna baxmayaraq, bəzi ayılar yemək axtarışında yaşayış məntəqələrinə yaxınlaşmağa davam edirlər.

Sentyabrda ayılardan biri Tokionun tərkibinə daxil olan Haçioci yaşayış rayonunda aşkar edilərək güllə ilə öldürülüb.

Son on il ərzində Yaponiyanın ən böyük adası Honşuda ayıların yaşayış ərazisi təxminən iki dəfə artıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR