Yaponiyalı və hollandiyalı mütəxəssislər Bayıldakı sürüşməni araşdıracaqlar
Bütün Xəbərlər
17:59 14.09.2011
1325
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar tədqiqatlar yenidən aparılacaq. APA-nın məlumatına görə, yeni tədqiqatlara yaponiyalı və hollandiyalı mütəxəssislər də cəlb olunub. Tədqiqat işlərində Azərbaycanın Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Respublika Seysmoloji Xidmət Mərkəzi də yaxından iştirak edəcək. Bu gün tədqiqat aparacaq qrupun ilk toplantısı keçirilib. Lakin hələlik iş bölgüsü müəyyən edilməyib. Yeni tədqiqat qrupu Bayıl yamacında baş verən sürüşməni dərindən araşdırıb, qarşısını almaq üçün görüləcək tədbirləri müəyyənləşdirəcək.