Yaponlar texnoloji yenilikləri ilə yenidən dünyanın diqqət mərkəzinə düşüb.
AZXEBER.COM-un məlumatına görə, Yaponlar yeni "üz nazikləşdirən" məhsulu istehsal ediblər. Bu məhsul, kosmetik məhsullara ya da estetik əməliyyatlara çox pul xərcləmək istəməyən qadınlar üçün hazırlanıb. İstifadəçilər, üz əzələlərinin işlədilməsi ilə istəklərinə nail olacaqlar.
Məhsul təqdim edilərkən bildirilib ki, gündə sadəcə 3 dəqiqə vaxt sərf etməklə üzdəki 12 əzələnin hərəkət etdirmək, beləliklə də qırışları yox etmək mümkündür. Məhsulun xüsusilə göz ətrafındakı qırışlarla mübarizədə effektli olduğu bildirilir.
Yaponiyadan xaricdə də qadınlar bu məhsulu ala bilərlər. “Üz incəldən” bir çox internet saytında “Face Slimmer” adıyla 84 dollara satılır.
Ozal İbrahimli