Yaqub Zurufçunun dəfn olunacağı yerlə bağlı qərarı ailə üzvləri verəcək

Yaqub Zurufçunun dəfn olunacağı yerlə bağlı qərarı ailə üzvləri verəcək
MAQAZİN
21:24 14.09.2021
623
"Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək”.

Bu barədə AZXEBER.COM-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.

Əməkdar artist 1956-cı il aprelin 8-də İran İslam Respublikasının Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.
OXŞAR XƏBƏRLƏR